Dünya

Nepalda zəlzələ baş verib

Sharing is caring!

Nepalda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Nepal Seysmoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hindistanın Lakhimpur şəhərindən (140 min nəfər əhalisi var) 214 km şimal-şərqdə yerləşən Bajur rayonunda olub.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Yanvarın 24-də eyni ərazidə 5,9 bal gücündə zəlzələ baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir