Dünya

Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı açıqlandı

Sharing is caring!

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlər zamanı çoxlu sayda binanın dağılması ilə bağlı həbs edilənlərin sayı 160 nəfər təşkil edib.

Eyni zamanda, zəlzələlərdən sonra bölgələrdə baş verən oğurluqlarla bağlı aparılan istintaqlarda həbs olunanların sayı 181 nəfərə çatıb.

Fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra minlərlə bina xarabalığa çevrilib. 42 mindən çox insan dağıntılar altında qalaraq həyatını itirib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir