Dünya

BMT “Şimal axını”nda partlayışlarla bağlı bəyanatları yoxlamaqdan imtina edib

Sharing is caring!

“Birləşmiş Millətlər Təşkilatı (BMT) “Şimal axını” və “Şimal axını-2”də baş verən partlayışlarla bağlı iddiaları təsdiq edə və ya yoxlaya bilmir”.

Belə bir açıqlama ilə təşkilatın baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo çıxış edib.

“BMT bu insidentlərlə bağlı iddiaların heç birini təsdiq və ya yoxlamaq iqtidarında deyil və milli araşdırmaların nəticələrini gözləyir”, – deyə bildirib.

O, məsələnin “həssaslığına”, eləcə də “bununla bağlı spekulyasiyalara” işarə edərək, hamını “təmkinli olmağa” çağırıb.

Xatırladaq ki, amerikalı jurnalist Seymur Herş amerikalı dalğıcların boru kəmərlərinin altına partlayıcı yerləşdirdiyi və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dalğıcları üçün dekompressiya kamerasının Norveçə gətirildiyi ilə bağlı araşdırmasının nəticələrini təqdim edib. Onun sözlərinə görə, hadisə keçən ilin yayında, NATO təlimləri keçirilən zaman baş verib.

Mənbə: Komsomolskaya Pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir