Dünya

Təhlükəsizlik qaydalarına riayət edilmədi: Minarə yaşayış evlərinin üzərinə düşdü – FOTO

Sharing is caring!

Türkiyənin Adana şəhərində zəlzələdən sonra qəzalı vəziyyətə düşən minarənin uçurdulması zamanı insident yaşanıb.

Belə ki, ehtiyat tədbirlərinə tam dəqiqliklə əməl edilmədiyindən minarə 3 mərtəbəli evə tərəf aşaraq mənzillərin eyvanlarına ciddi zərər yetirib.

Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər nəticəsində Adana şəhərindəki məscidlərin minarələri zədələnib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir