Dünya

Türkiyə parlamenti iş fasiləsini ayın sonunadək uzatdı

Sharing is caring!

Türkiyə parlamenti fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra işindəki fasiləni fevralın 28-dək uzadıb.

Bu barədə hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının sədr müavini Mustafa Elitaş məlumat verib.

“Deputatların əhəmiyyətli bir hissəsi fəlakət zonasındadır. Bu səbəbdən də parlamentdə təmsil olunan partiyalar iş fasiləsini fevralın 28-dək uzatmaq qərarına gəliblər”, – Elitaş izah edib.

Qeyd edək ki, hazırda bir çox deputatlar zəlzələdən zərər çəkmiş ərazilərdəki yardım işlərində və bu işlərin əlaqələndirilməsində iştirak edirlər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir