Dünya

“ChatGPT” hava proqnozları və xəbərlər yazacaq

Sharing is caring!

“Daily Mirror” və “Daily Express” kimi qəzetlərin naşiri “Reach” şirkəti hava proqnozları və yol xəbərləri yazmaq üçün “ChatGPT”ni sınaqdan keçirməyə başlayacaq.

Bunu nəşriyyatın baş icraçı direktoru Cim Mullen bildirib.

“Biz texniki və redaksiya qruplarımızdan ibarət işçi qrupuna “ChatGPT” kimi maşın öyrənməsinin potensialını və məhdudiyyətlərini araşdırmağı tapşırılmışıq. Biz bundan gələcəkdə jurnalistlərimizə daha çox rutin məqalələr (yerli trafik və hava kimi mövzularda) kömək etmək  və ya ənənəvi hekayələrimizdən kənarda daha yaradıcı yanaşmalar tapmaq üçün istifadə etmək potensialını görürük”, – o, bəyan edib.

Mullen əlavə edib ki, “Reach” bu yolla xərclərini azaltmağa çalışmır. Bu açıqlamaya baxmayaraq, Britaniya Milli Jurnalistlər Birliyi (NUJ) işçilərin ixtisarının mümkünlüyündən ehtiyat etdiyini bildirib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir