Dünya

Türkiyəli məşhurlar istintaqa cəlb edildilər: Aralarında “Polat Alemdar” da var

Sharing is caring!

Türkiyədə “Sallarlar” cinayətkar təşkilatına qarşı keçirilən əməliyyat zamanı bəzi məşhurların ifadələri alınıb.

İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə qrupları tərəfindən aparılan iş çərçivəsində tutulan 119 nəfərin nəzarətdə saxlanma müddəti uzadılıb.

İstintaqla bağlı bəzi məşhur adların da ifadə verməsi istənilib.

Polis idarəsinə çağırılan məşhurlar arasında müğənni Aylin Coşkun, “Kurtlar vadisi” serialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz, aktyor Erkan Petekkaya və idman şərhçisi Sinan Engin də var.

İyunun 29-da İstanbulun 12 rayonunda müəyyən ünvanlarda əməliyyat zamanı 119 şübhəli saxlanılıb.

Aralarında iş adamı Erdal A.-nın da olduğu şübhəlilər polis bölməsinə aparılıblar.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir