Dünya

İsrailin müdafiə naziri: “İran ən azı 50 ölkə ilə silah satışı barədə danışıqlar aparır”

Sharing is caring!

İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və Tehran hazırda dünyanın 50-dən çox ölkəsi ilə bu cür təchizatla bağlı danışıqlar aparır.

Bu bəyanatla cümə günü İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.

“İran artıq Yaxın Şərqin yerli silah təchizatçısı deyil. O, qlobal qabaqcıl silah ixracatçısıdır. Şərqi Avropada Belarusdan Cənubi Amerikada Venesuelaya qədər biz İran PUA-larının tədarükünü izləmişik. Hazırda İran ən azı 50 ölkə ilə qabaqcıl silahların, o cümlədən 1000 km-ə qədər uçuş məsafəsi olan PUA-lar və dəqiq idarə olunan hərbi sursatların satışı üzrə danışıqlar aparır”, – deyə Qalant Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan dəyirmi masada bildirib.

İsrailli nazir dünya ictimaiyyətini bu sahədə Tehrana qarşı çıxmağa çağırıb.

“Bütün bunlar İrana qarşı raket embarqosu hələ də qüvvədə olduğu bir vaxtda baş verir. Bu embarqonun müddəti bu il başa çatır. Vaxt daralır, şər rejimi silah alveri ilə məşğuldur. Beynəlxalq ictimaiyyət ölməkdə olan embarqoya nəticələri olan praktiki çəkindirmə mexanizminə malik effektiv alternativ yaratmalıdır”, – Qalant əlavə edib.

O, bir daha vurğulayıb ki, İranın nüvə proqramına münasibətdə istənilən çəkindirmə tədbirlərinin tətbiqi nəzərdən keçirilməlidir.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdan danışarkən, bütün mümkün tədbirləri nəzərə almalıyıq. Bir daha deyirəm: Bütün mümkün tədbirlər”, – İsrail Müdafiə Nazirliyinin rəhbəri sözlərini yekunlaşdırıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir