Dünya

BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

Sharing is caring!

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplanması məqsədilə təşkilata üzv dövlətlərə müraciət edib.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb.

“BMT humanitar təşkilatların Türkiyədəki fəlakətli zəlzələlərdən zərər çəkmiş 5 milyondan çox insana kömək edə bilməsi məqsədilə 1 milyard dollar toplamaq üçün təcili müraciət edib”, – məlumatda deyilir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə, belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq, onlara kömək göstərmək lazımdır.

Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Vəsait yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir