Dünya

Jirinovskinin oğlu həbs edildi

Sharing is caring!

Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Eydelşteyn Moskvada polisə hücum edib.

Qeyd olunur ki, hadisə Rusiya paytaxtındakı restoranlardan birində baş verib.

Belə ki, 36 yaşlı Oleq Eydelşteyn ictimai yerdə söyüş söyüb, qışqırıb, ətrafdakı insanların rahatlığını pozub.

Polis izahat alınmaq üçün onu idarəyə aparıb. Burada isə Oleq Edelşteyn polis inspektorunun döş qəfəsinə zərbələr endirib.

Nəticədə Oleq Eydelşteyn Moskvanın Tverskoy Məhkəməsi tərəfindən 15 sutkalıq inzibati həbslə cəzalandırılıb.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir