Kriminal

Bakıda əcnəbi turistin pulları oğurlandı

Sharing is caring!

Bakıda Səudiyyə Ərəbistan vətəndaşının pulları oğurlanıb. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu N. Rəfibəyli küçəsi ev 49-da qeydə alınıb. 

Fevralın 11-də şəhərə turist qismində gələrək həmin ünvanda yaşayan 1999-cu il təvəllüdlü Alrashede Suauds polisə müraciət edərək evə qayıdan zaman naməlum şəxsin pullarını oğurladığını aşkar edib. O qeyd edib ki, içərisində 1 225 AZN və 550 ABŞ dolları olan pul kisəsi oğurlanıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir