Dünya

“Marvel”in ən pis filmi açıqlandı

Sharing is caring!

“Qarışqa adam və eşşək arısı: Qvantomania” blokbasteri son 15 ildə bütün “Marvel” filmləri arasında “Metacritic” portalında ən aşağı tənqidçi balı toplayıb.

Tənqidçilərin 40 rəyinin nəticələrinə əsasən, baş rolda Pol Ruddun oynadığı blokbaster 100 baldan cəmi 50 xal toplayıb.

“Qarışqa adam”dan öncəki pillələrdə “Əbədilər” (52 xal), “Tor 2: Qaranlıq dünya” (54 xal) filmləri gəlir.

Həmçinin, “Dəmir adam 2” (57 xal) və “Tor: Sevgi və İldırım” (57 xal) filmləri də siyahının aşağı hissəsində qərarlaşıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir