Dünya

İtaliyanın dövlət borcu rekord həddə çatıb

Sharing is caring!

İtaliyanın Mərkəzi Bankı ötən il ölkənin dövlət borcunun yeni rekorda imza ataraq 2,76 trilyon avronu keçdiyini bildirib.

Borc ÜDM-in 150,3%-nə çatıb ki, bu da 2021-ci illə müqayisədə 84 milyard avro çoxdur. 2020-ci ildə COVID-19 məhdudiyyətləri və nəticələrinə görə dövlət borcu ÜDM-in 155%-ni ötüb.

İtaliyalı ekspertlər qeyd edirlər ki, karantin tədbirlərinin ləğvindən sonra iqtisadiyyat böyüməyə başlayıb, lakin 2022-ci ildə enerji qiymətlərinin kəskin artması səbəbindən bu proses dayanıb.

Hazırda ölkənin hər bir vətəndaşının payına düşən dövlət borcunun həcmi təxminən 47 min avro təşkil edir.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir