Dünya

Qarabağ müharibəsində döyüşən ermənilər Ukraynada əsir düşdülər – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov ölkədə baş verən son məlumatları çatdırıb.

O, bildirib ki, Ukraynanın Dnepropetrovsk, Odessa, Nikolayev, Xerson, Donetsk, Xarkov vilayəti yenidən raket hücumuna məruz qalıb.

“Ötən gün Xerson və Donetsk vilayətində Rusiya ordusunun və separatçıların batalyonu məhv edilib, həmçinin xeyli əsir götürülüb”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, son vaxtlar əsir götürülənlər arasında ermənilər üstünlük təşkil edir:

“Hətta onlardan bəzilərinin I Qarabağ müharibəsində döyüşənlər olduğu da bildirilir”.

M.Aslanov əlavə olaraq deyib ki, ABŞ Prezidentinin Polşaya səfəri gözlənilir və bu səfərdən sonra Ukraynaya yeni növ silahların verilməsi ehtimal olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir