İdman

Azərbaycan klubu yaranma tarixini dəyişdirdi

Sharing is caring!

“Şamaxı” klubu yeni loqosunda yaranma tarixini dəyişib.

Sports.az xəbər verir ki, bu barədə “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub jurnalistlərə açıqlamasında məlumat verib.

O, klubun loqosunda 1997-ci ildə yaradılmış “Xəzər Universiteti” komandasının təsis ilini götürdüklərini açıqlayıb:

“Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il “Xəzər Universiteti”nin yaranması ilə bağlıdır. Biz kökümüzü “Xəzər Universiteti”nin yaranmasından götürürük”.

“Şamaxı”nın təqdimat mərasiminə dəvət olunmuş sabiq “Xəzər Universiteti”nin təsisçisi və prezidenti Hamlet İsaxanlı isə bölgə komandasına xeyir-dua verib.

“Xəzər Universiteti”nin də varisi sayılan “İnter”də yaradılış tarixi kimi 2004-cü il göstərilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir