Dünya

Çin hərbi gəmisi Yaponiyanın ərazi sularına daxil olub

Sharing is caring!

Çin Hərbi Dəniz Qüvvələrinə məxsus tədqiqat gəmisi bazar günü Kaqoşima prefekturasının cənubundakı Yakuşima adası yaxınlığında Yaponiya ərazi sularına daxil olub.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, gəmi yerli vaxtla saat 02:30 radələrində Yaponiya sularına daxil olub və təxminən 4:10 radələrində qərbə doğru yola düşüb.

Yaponiya hökuməti Çinə faktla bağlı ciddi narahatlığını bildirib.

Mənbə: zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir