Dünya

İspan xilasediciləri Türkiyədəki işi başa çatdırıblar – FOTO

Sharing is caring!

İspaniyadan Türkiyədəki zəlzələ bölgəsinə gələn xüsusi axtariş-xilasetmə dəstəsi öz işini başa çatdırıb.

Bu barədə dəstənin sosial şəbəkə səhifəsində məlumat verilib.

“Çox çətin günlər keçirdik. Türkiyə vətəndaşları və xilasetmə qrupları ilə birgə tapşırıqları yerinə yetirdik. Ruhumuzda ağrı var, amma verilən tapşırıqları yerinə yetirdikdən sonra İspaniyaya qayıtmalıyıq. Türkiyədən olan qardaşlarımız, ürəyimizdəsiniz”, – paylaşımda yazılıb.

Qeyd edək ki, məlumata görə, son günlərdə İspaniyadan Türkiyəyə bütövlükdə 90 nəfərdən ibarət heyət gəlib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir