Dünya

Zaxarova: “Əgər dialoq regionda sabitliyə və inkişafa töhfə verəcəksə, biz bunu ancaq alqışlayacağıq” – VİDEO

Sharing is caring!

“Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Qərbin dağıdıcı təsirinə məruz qalmayacağı təqdirdə Moskva tərəfindən alqışlanacaq”.

Bu açıqlama ilə jurnalistlər üçün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Əgər Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazda ziddiyyətlərin həllinə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəksə, o zaman biz bunu ancaq alqışlaya bilərik. Lakin bu təşəbbüsün arxasında hansısa formada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarının icrasına xələl gətirməyə çalışan Vaşinqtonun və Brüsselin konturları görünürsə, bu, artıq başqa söhbətin mövzusudur”, – deyə rusiyalı diplomat vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir