Cəmiyyət

Bakıda avtomobil beton maneəyə çırpıldı: Ölən və xəsarət alanlar var – FOTO

Sharing is caring!


Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobilin beton maneəyə çırpılması nəticəsində, 25 yaşlı Əliyev Elxan Ziya oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfər – 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir