Cəmiyyət

Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Son günlərdə cənub istiqamətli isti hava axını, həmçinin cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ilə əlaqədar olaraq ölkə ərazisində temperaturun yüksəlməsi, durğun hava şəraiti müşahidə edilir. Həmçinin, yağıntının olmaması hava keyfiyyəti göstəricilərinə, havada toz hissəciklərinin miqdarının çoxalmasına səbəb olub”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. O qeyd edib ki, eyni zamanda, havada müəyyən qaz qarışıqlarının miqdarı da günün bəzi saatlarında normadan artıq müşahidə olunur:

“Təbii ki, bu toz dənəcikləri transsərhəd xarakterli sinoptik vəziyyətə uyğun olaraq yayılıb. Yəni qonşu ölkələrin ərazisindən ölkəmizə hava axını ilə qaz qarışıqları və toz hissəcikləri də daxil olub. Bunun bir səbəbi də mütəmadi olaraq avtonəqliyyatın intensiv hərəkət etdiyi zamanlarda atmosferə atılan tullantıların miqdarının çoxalmasıdır.

Avqustun 17-dən etibarən artıq hava şəraitində mülayimləşmə olacaq. Müəyyən qədər havanın temperaturunun enməsi müşahidə olunacaq. Ona görə ayın 17-nə qədər havada toz hissəciklərinin normadan artıq olacağı gözlənilir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir