Dünya

Rusiyalı politoloq: “Ermənistanın müraciətinə baxacaq BMT TŞ ABŞ-nin sifarişini yerinə yetirir”

Sharing is caring!


“Avqustun 16-da Qarabağdakı “humanitar böhran”la bağlı Ermənistanın müraciətinə baxacaq BMT Təhlükəsizlik Şurası (TŞ) ABŞ-nin sifarişini yerinə yetirir”.

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.

Onun sözlərinə görə, sülhün bərqərar olunması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına uyğun deyil:

“Paşinyan və BMT daxil olmaqla, dünyanın aparıcı siyasi təşkilatlarının əksəriyyəti ABŞ-nin siyasi xəttini dəstəkləyir”.

Politoloq qeyd edib ki, Azərbaycanla sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına dair cəhdlər Ermənistanın maraqlarına xidmət etsə də, Paşinyanın mövqeyi erməni sakinlərin maraqları ilə üst-üstə düşmür:

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan üçün imkanlar yaranmışdı. Buraya sülh sazişi imzalamaq, təcriddən çıxmaq və iqtisadiyyatı inkişaf etdirmək daxil idi. Bütün bunlar erməni xalqının maraqlarına cavab verir. Lakin bunlar Ermənistan rəhbərliyinin maraqlarına uyğun deyil”.

Ekspert hesab edir ki, BMT Ermənistanın müraciətinə lazımi diqqət yetirməyəcək, amma qalmaqal yaradılacaq:

“Təhlükəsizlik Şurasının azı iki daimi üzvü – ABŞ və Fransa – bu gündəliyi fəal şəkildə modelləşdirəcək. Əlbəttə ki, Fransa müstəmləkəçi kimi qəbul olunduğu Şimali Afrikadakı problemlərini nəzərdən keçirməkdə maraqlı deyil. Buna görə də onlara “sülhməramlı” rolunu oynadıqları başqa bir vəziyyətə nəzər yetirmək daha çox sərf edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir