İdman

Klinsmann Cənubi Koreya millisini çalışdıracaq

Sharing is caring!

Yurgen Klinsmann Cənubi Koreya millisini çalışdıracaq.

“Bavariya” və Almaniya millisinin sabiq baş məşqçisi ilə 2026-cı il dünya çempionatının sonuna qədər müqavilə imzalanıb.

Alman mütəxəssis 2022-ci il dünya çempionatının sonunda komandadan ayrılan portuqaliyalı Paulo Bentunu əvəz edib.

Klinsmann Asiya seçməsilə debütünü martın 24-də Kolumbiya ilə yoldaşlıq oyununda edəcək.

Qeyd edək ki, alman çalışdırıcının son komandası 2019-2020-ci illərdə rəhbərlik etdiyi “Herta” olub. Yurgen ABŞ millisini də çalışdırıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir