Dünya

Rusiyada yaşayış binasında partlayış: Azı 12 nəfər öldü

Sharing is caring!

Novosibirskdə yaşayış binasında baş verən qaz partlayışı nəticəsində azı 12 nəfər həlak olub.

Hadisə cümə axşamı şəhərin Zaeltsovski rayonunda Lineynaya küçəsindəki beşmərtəbəli panel binada yaşanıb.

Partlayışdan sonra binanın iki bloku uçub. Yanğının başladığı binadan 50 nəfər təxliyə edilib.

Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov qeyd edib ki, yanğın zamanı doqquz nəfər xəsarət alıb və dəm qazından zəhərlənib. Onların arasında uşaqlar da var.

Məlumata görə, binada azı 30 mənzil dağılıb. 1966-cı ildə tikilən binada cəmi 60 mənzil olub. Meriyadan verilən məlumata görə, burada 117 nəfər qeydiyyatdadır.

Faciə ilə bağlı fevralın 10-da rayonda matəm elan edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir