Cəmiyyət

Parklanma yerlərindən pulsuz istifadə edəcək vətəndaşlar məlum oldu

Sharing is caring!


Parklanma yerlərindən 100 metr yaxınlıqda yaşayan vətəndaşlar parklanma yerlərindən pulsuz istifadə edəcəklər.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər”, – deyə məlumatda qeyd olunub.

Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində parklanmaya görə ödənişin edilməsini tənzimləyir. Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir.

Xatırladaq ki, bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Gəncə və Sumqayıt şəhərləri üzrə isə II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir