Dünya

ABŞ Konqresində işıqlar söndü

Sharing is caring!

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin fevralın 8-də keçirilən iclası zamanı işıqlar qəfil sönüb.

Konqresmen Palmerin çıxışı zamanı baş verən hadisə nəticəsində onun nitqi yarımçıq qalıb.

Təxminən 10 saniyədən sonra iclas zalında işıqlar zəif də olsa yanıb.

Hadisənin səbəbi barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 8-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi “Twitter”in keçmiş rəhbərlərini istifadəçilərə senzura tətbiq etmək və müəyyən mövzularda bəyanatların qarşısını almaqla bağlı sorğu-sual edib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir