Dünya

Ekofəallar “Total” şirkətinin binasını qırmızıya boyadılar – FOTO/VİDEO

Sharing is caring!

Parisdə “Alternatiba Paris və Amis de la Terre” assosiasiyalarının fəalları “TotalEnergies” ofisinin fasadını qırmızı rənglə boyayıblar.

Məlumata görə, fəalların narazılığına səbəb enerji böhranı fonunda “TotalEnergies”in artıqlaması ilə əldə etdiyi mənfəət olub.

Məsələ burasındadır ki, şirkət 2022-ci ildə rekord gəlir əldə etdiyini açıqlayıb.

Enerji nəhənginin ötənilki mənfəəti 20,5 milyard dollar təşkil edib ki, bu da əvvəlki nəticədən 28% yüksəkdir.

“TotalEnergies” enerji böhranının Fransanı qeyri-müəyyənliyə sürükləməsinə və 12 milyondan çox fransızın enerji qıtlığı şəraitində yaşamağa məcbur olmasına baxmayaraq, qeyri-mütənasib mənfəət əldə etməyə davam edir”, – ekofəalların mesajında bildirilib.

Etirazçılar həmçinin “TotalEnergies”i bərpa olunan enerji mənbələrini aktiv şəkildə inkişaf etdirməməkdə və həm iqtisadi, həm də iqlim böhranlarını şiddətləndirməkdə ittiham ediblər. Onlar Fransa hökumətini təşkilatın fəaliyyətinə nəzarət etməyə və izafi qazanclarını vergiyə cəlb etməyə çağırıblar.

Eyni zamanda, şirkətin baş icraçı direktoru Patrik Puyannenin sözlərinə görə, gəlirlərin artımı şirkətin Avropadakı unikal mövqeyi və enerji bazarlarında əlverişli mühitlə bağlıdır. Bununla yanaşı, şirkət karbohidrogen hasilatını 5%, mayeləşdirilmiş təbii qazın satışını isə 22% artırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir