Dünya

Aİ Gürcüstanı sanksiyalarla hədələdi

Sharing is caring!

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, ölkə Rusiya ilə birbaşa uçuşları bərpa edərsə və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarından yan keçərsə, sanksiyalara məruz qala bilər.

Bu barədə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.

“Avropa İttifaqı Gürcüstanı Aİ və digər ölkələrin Rusiyaya qarşı aviasiya sektorunda tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınmaq üçün mümkün cəhdlərə qarşı diqqətli olmağa çağırır. Aİ-nin sanksiya rejimi prosesdə iştirak edənlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur”, Stano bəyan edib.

Siyasətçi onu da əlavə edib ki, Gürcüstan “təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamalıdır”, çünki Rusiya təyyarələrinin 95%-i sanksiyalara görə lazımi təhlükəsizlik standartlarını qoruya bilmir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir