Kriminal

Gədəbəydə ata iki oğlunu bıçaqlayıb

Sharing is caring!

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev əllərinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir