Dünya

ABŞ İrana görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır

Sharing is caring!

ABŞ yüksək texnologiyalı müşahidə avadanlığı istehsal edən Çin şirkətlərinə sanksiya tətbiq edə bilər.

Mənbə iddia edir ki, səbəb Çin şirkətlərinin İrana yeni texnologiya vasitələri satması ilə əlaqədardır.

Qeyd olunur ki, söhbət ilk növbədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yüksək texnologiya avadanlığını satan “Tiandy Technologies”dən gedir.

Artıq Çin istehsalçılarına qarşı mümkün sanksiyalar ABŞ Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilir.

Mənbə: The Wall Street Journal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir