Dünya

ABŞ əfqan siyasətçilərə viza məhdudiyyətləri qoydu

Sharing is caring!

ABŞ Dövlət katibi Antoni Blinken “Taliban” hərəkatının nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

Bu qərar Əfqanıstanda qadınlara qarşı ayrı-seçkilik siyasəti ilə bağlıdır.

Blinkenin bəyanatını Dövlət Departamentinin mətbuat xidməti yayıb.

“Bu gün mən “Taliban”ın bəzi hazırkı və ya keçmiş üzvlərinə, təhlükəsizlik üzrə qeyri-dövlət qruplarının üzvlərinə qarşı əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm. Həmçinin Əfqanıstanda qadın və qızlara qarşı repressiyaya görə məsuliyyət daşıdığı və ya məhdudlaşdırıcı siyasət və zorakılıq yolu ilə əli olduğu güman edilən digər şəxslərə qarşı da məhdudiyyətlər tətbiq olunacaq”, – deyə bəyanatda qeyd edilir.

“Amerika hökuməti “Taliban”ın hərəkətlərini kəskin şəkildə pisləyir. ABŞ əfqan xalqını dəstəkləyir və bütün əfqanların, o cümlədən qadınların və qızların insan hüquqları və əsas azadlıqlarına hörmətin təşviqi və gücləndirilməsi üçün mümkün olan hər şeyi etməyə sadiqdir”, – deyə sənəddə bildirilir.

2021-ci ildə hakimiyyətə gəldikdən sonra “Taliban”, onların fikri ilə desək, islam dəyərlərinə uyğun gələn bəzi məhdudiyyətlər tətbiq edib. Radikallar xüsusilə də qadın teleaparıcıları hicab taxmağa məcbur edib, qadınların rol aldıqları dramatik filmlərin və verilişlərin nümayişinə qadağa qoyub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir