Dünya

“Bakılı” beş separatçını silah işlətmədən əsir götürdü – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Donetsk vilayətində ötən gün, əsasən, hava döyüşləri gedib.

Məlumata görə, Rusiya ordusu separatçılarla birlikdə Baxmut, Avdeyevka və Konstantinovkaya dayanmadan hücum edir.

O da bildirilib ki, “Bakılı” ləqəbli azərbaycanlı hərbçi Ukraynadakı müharibədə maraqlı əməliyyat həyata keçirib. 

“O, kamuflyaj olunaraq qarşı tərəfə keçib, heç bir güc tətbiq etmədən beş separatçını aldadaraq əsir götürüb”, – deyə jurnalist əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir