Dünya

Yunanıstanın hərbi təyyarəsi dənizə düşüb

Sharing is caring!

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcı təyyarəsi Peloponnes yarımadası yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində olan hər iki pilot katapult edib.

Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hazırda pilotların tapılması və xilas edilməsi üçün havada və dənizdə genişmiqyaslı əməliyyat aparılır.

Baş qərargahdan verilən məlumata görə, pilotlar səmada olarkən qəza vəziyyəti haqqında siqnal ötürüblər.

Mənbə: Skai.​​​

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir