Şou-Biznes

Əmrahın oğlu nişanında “Yaşa, Azərbaycan” mahnısına OYNADI -VİDEO

Sharing is caring!

Türkiyənin məşhur müğənnisi Emrahın oğlu Tayfun Erdoğan nişanlanıb.

Lent.az xəbər verir ki, müğənninin illərdir küsülü olduğu oğlu Tayfun nişan mərasimində "ata yoxdur, ata kimi adamlar var burada", – deyə, atası haqqında söyləyib.

Bundan əlavə, Eda adlı xanımla nişanlanan Tayfun xoş günündə "Yaşa, Azərbaycan" mahnısına oynadığı görüntülər sosial mediada yayılıb. 

Xatırladaq ki, 1991-ci ildə doğulan Tayfun Erdoğanın atasının Emrah olduğu DNA testi nəticəsində bəlli olmuşdu. 

Qeyd edək ki, Emrah mirasında oğlu Tayfunun heç bir haqqı olmadığına dair vəsiyyətnaməsinə imza atıb və bu, ata-oğul arasında münaqişəyə səbəb olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir