Dünya

Tramp Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini açıqlayıb

Sharing is caring!

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilər.

“İndi mən ABŞ-nin prezidenti olsaydım 24 saat ərzində bu dəhşətli müharibənin sona çatması ilə bağlı danışıqlar apara bilərdim”, – deyə o bildirib.

Qeyd edək ki, buna qədər Tramp ABŞ-nin hazırkı Prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə razılaşma ilə son qoyulmalıdır.

Bundan əlavə, Tramp ABŞ-nin hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyini bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir