Cəmiyyət

Mingəçevirdə 14 gün qabaq qəzaya düşən yeniyetmə öldü

Sharing is caring!

Mingəçevirdə yol-nəqliyyat hadisəsinə düşən 14 yaşlı yeniyetmə ölüb.

APA xəbər verir ki, yanvarın 13-də Samux küçəsində Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi QAZ markalı avtomobillə Hətəmov Ülvi Cəmşid oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Rəsulzadə Turan Vüsal oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir