Dünya

Fransa qoşunlarını Burkina Fasodan çıxarır

Sharing is caring!

Fransa Burkina Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir.

Bu barədə çərşənbə günü Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

“Çərşənbə axşamı biz Burkina-Faso hökuməti tərəfindən bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişinin denonsasiya edilməsi barədə rəsmi bildiriş aldıq. Sazişin şərtlərinə əsasən, denonsasiya sənədi yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minəcək. Biz şərtlərə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, – deyə nazilik nümayəndəsi bildirib.

Qeyd edək ki, ötən ilin yayından bəri Burkina Fasoda fransız qoşunlarının çıxarılması tələbi ilə kütləvi nümayişlər keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir