Dünya

Baltikyanı ölkələrdə Rusiya səfirləri olmayacaq

Sharing is caring!

Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını açıqlayıb.

Ölkədəki Rusiya səfirindən fevralın 24-dək Latviyanı tərk etmək tələb olunub. Qərarın Estoniya ilə həmrəylik məqsədilə atıldığı bildirilib.

Xatırladaq ki, bir qədər öncə Estoniya və Rusiya qarşılıqlı olaraq diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqlarını açıqlayıblar.

Litva isə hələ ötən ilin yazında Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. Rusiya səfirinə 2022-ci ilin aprelinədək Vilnüsu tərk etmək tapşırılıb.

Beləliklə də, bundan sonra Baltikyanı ölkələrdə Rusiya səfirləri fəaliyyət göstərməyəcək.

Mənbə: Meduza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir