Dünya

Əfsanəvi rok ifaçısı Devid Krosbi vəfat edib – FOTO

Sharing is caring!

Amerikalı müğənni-bəstəkar və “The Byrds”, “Crosby, Stills & Nash” və CPR rok qruplarının qurucu üzvü Devid Van Kortlend Krosbi 81 yaşında vəfat edib.

Bu barədə musiqiçinin xanımı Yan Dans məlumat verib.

Bildirilir ki, Krosbi ciddi xəstəliklə mübarizə aparıb. Səkkiz ay əvvəl musiqiçi canlı ifasını dayandırmaq qərarını açıqlayıb və izah edib ki, 80 yaşında bunu etmək asan deyil. Lakin bu yaxınlarda fikrini dəyişdiyini və səhnəyə qayıtmaq istədiyini bildirmişdi.

Devid Krosbi 1991-ci ildə “The Byrds”, 1997-ci ildə isə “Crosby, Stills & Nash”in tərkibində rok-n-rollun Şöhrət Zalına daxil edilib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir