Cəmiyyət

Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavininə vəzifə verilib

Sharing is caring!


İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, İ.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, İqbal Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.

1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Milli Universitetinin (KİMMU) Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.

1990-ci ildə KİMMU-da texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru, 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texniki elmlər doktoru elmi dərəcəsini alıb.

1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru işləyib.

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2018-ci il 6 iyul tarixindən Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Gömrük xidməti general-mayorudur.

Ukrayna, ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir