Dünya

Azərbaycan Premyer Liqası dünyanın 50 ən səviyyəli çempionatları sırasında

Sharing is caring!

Futbol üzrə Azərbaycan çempionatının reytinqi açıqlanıb.

Reytinq Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası(IFFHS) tərəfindən hazırlanıb.

Belə ki, Azərbaycan Premyer Liqası dünyada öz səviyyəsinə görə 41-ci yerə layiq görülüb. Çempionatımız 349,25 xala malikdir.

Azərbaycanla qonşuluqda yerləşən ölkələr arasında Rusiya reytinqdə 80-ci, İran 63-cü, Gürcüstan 65-ci, Ermənistan isə 55-cidir.

Qardaş Türkiyə çempionatı siyahıda 582,5 xalla 15-cidir.

Siyahıya Braziliya başçılıq edir – 1181 xal. İngiltərə 1086 xalla ikinci, İspaniya 967 xalla üçüncüdür.

Mənbə: Iffhs.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir