Cəmiyyət

Xəzər dənizində naməlum kişi meyiti tapılıb

Sharing is caring!


Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, meyitin əlamətləri: boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır (başının ortasında saçı tökülüb). Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi aşkar olunmayıb.

Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir