Dünya

“Kazmunayqaz” Qazaxıstan neftinin Azərbaycan istiqamətində ixracı üçün BƏƏ ilə tanker donanması yaradacaq

Sharing is caring!

Qazaxıstanın “Kazmunayqaz” neft-qaz şirkəti və BƏƏ-nin liman logistika operatoru olan “Abu Dhabi Ports Company” Xəzər dənizi və Qara dənizdə donanmanın və sahil infrastrukturunun inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə Qazaxıstan şirkətinin mətbuat xidməti məlumat yayıb.

Saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin BƏƏ-yə səfəri çərçivəsində imzalanıb.

“Sənədə əsasən, tərəflər Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə (BM) yaradacaqlar. Bu müəssisənin Xəzər dənizində neft-qaz layihələrinin reallaşdırılması istiqamətində dəniz xidmətləri göstərməsi nəzərdə tutulur. Tərəflər NMSK “Kazmortransflot”un törəmə müəssisələri və “International Maritime Investments” (Beynəlxalq Dəniz İnvestisiyaları) şirkətləri vasitəsi ilə birgə müəssisədə iştirak etmək niyyətindədirlər”, – deyə məlumatda qeyd edilib.

Müqaviləyə əsasən, tərəflər Xəzər dənizində offşor layihələrini dəstəkləmək üçün donanma yaradacaqlar. Həmçinin Qazaxıstan neftinin Aktau limanı vasitəsi ilə Azərbaycan istiqamətində ixracı üçün alternativ marşrutların inkişafı nəzərə alınmaqla tanker donanmasının da yaradılması nəzərdə tutulur.

Mənbə: Eastweststream.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir