Dünya

Avropa Komissiyasının rəhbəri Zelenski ilə görüşdü – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Kiyevə səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Ölkə başçısı iqamətgahında baş tutan görüşün videosunu yayımlayıb.

“Artıq mayın 9-u Avropa İttifaqında, həmçinin Ukraynada Avropa Günü olacaq. Bu gün biz Kiyevdə görüşürük, çünki Kiyev Avropa Gününü qeyd etmək üçün mükəmməl yerdir”,  – deyə o, videoya şərh verib.

11:37

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna paytaxtına səfər edib.

Oxu.Az-ın məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Çox qiymətləndirdiyimiz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam”, – deyə AK rəhbəri bildirib.

Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı Avropa Günü kimi qeyd etmək qərarını alqışladığını da vurğulayıb.

“Bura Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir”, – deyə o əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir