Dünya

SOCAR mənzilini itirmiş ukraynalı ailə üçün modul tipli ev quraşdırdı – FOTO

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Energy Ukraine” Ukraynaya yardım göstərməkdə davam edir.

Bu barədə “SOCAR Energy Ukraine” “Facebook” səhifəsində məlumat yerləşdirib.

SOCAR Kiyev vilayətinin Makarov qəsəbəsində mənzilini itirmiş ailə üçün modul tipli ev quraşdırıb. Modul tipli evlərin quraşdırılması layihəsi “Liqa dopomogi” (Yardım Liqası) Xeyriyyə Fondu ilə birgə həyata keçirilir.

“SOCAR Energy Ukraine” ukraynalılara yardım göstərməyə hazır olduğunu elan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir