Dünya

Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi qurulub, konsulluq fəaliyyəti ilə bağlı işlər aparılır

Sharing is caring!

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü gözlənilir.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Qeyd edilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib.

Mənbə iddia edir ki, bundan sonrakı müzakirələr ya Türkiyədə, ya da Ermənistanda baş tutacaq.

Bu günə qədər Serdar Kılıç və Ruben Rubinyan arasında iki dəfə – Moskvada və Vyanada görüş baş tutub.

Məlumata görə, hazırda Ankara və İrəvan arasında konsulluq xidmətləri ilə bağlı işlər uğurla davam edir:

“Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsində hava yolu ilə yükdaşınmaları mümkün olub. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələr üçün mühüm töhfədir”.

Qeyd olunub ki, iki ölkə arasında internet əlaqələri qurulub.

“Qarşılıqlı uçuşlar davam edir. İnsanlar arasında təmas başlayıb və rahat şəkildə gedib-gəlirlər. Normallaşma prosesində gözlə görülməyən hadisələr də olub. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi internet əlaqəsi yaradılıb. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri də çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır”, – deyə diplomatik mənbə bildirib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir