Dünya

Avstraliyada elektron skuter alovlandı: Xəsarət alanlar var – FOTO/VİDEO

Sharing is caring!

Avstraliyanın Brisben şəhərində fərdi evdə elektron skuter alovlanıb.

Nəticədə iki kişi, bir qadın və iki yeniyetmə qız olmaqla beş nəfər xəsarət alıb.

Məlumata görə, skuter səhər saat 4 radələrində evin içərisində od tutub.

40 yaşlarında bir kişi kürəyindən yanıq xəsarətləri alıb və reanimasiya bölməsinə yerləşdirilib, ilkin müalicədən sonra Brisben xəstəxanasına çatdırılıb.

Əlindən yüngül yanıq xəsarətləri alan 30 yaşlı qadın, həmçinin tüstüdən zəhərlənən 50 yaşlı kişi və iki yeniyetmə qız da xəstəxanaya yerləşdiriliblər.

Təcili Yardım Xidmətindən beş xəstənin hamısının vəziyyətinin stabil olduğunu bildirilib.

Mənbə: Brisbanetimes.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir