Dünya

Dünyanı kömürə boğacaq üç ölkə: Xərçəng xəstəliyi yayıla bilər

Sharing is caring!


Beynəlxalq Enerji Agentliyinin ekspertləri tərəfindən hazırlanan son kömür hesabatı narahatlıq yaradıb.

Hesabata görə, qlobal kömür tələbinin 2023-2024-cü illərdə pik həddə çatacağı gözlənildiyi halda, kömürə tələbatın yalnız 2026-cı ildə bu günə nisbətən 2,3 faiz azalacağı gözlənilir. Bu azalmanın istifadəyə veriləcək bərpaolunan enerji obyektlərinin çoxu Çində olacağı və 2023-cü ilin sonuna qədər qlobal kömür istehlakının yüzdə 1,4 artacağı bildirilir.

Qeyd edək ki, ABŞ və Aİ-də kömür istehlakı yüzdə 20 azalıb. Digər tərəfdən hesabatda kömür istehlakının Çində beş faiz, Hindistanda isə səkkiz faiz artdığı və 2026-cı ilə qədər qlobal kömür istehlakının səkkiz milyard tondan çox olacağı vurğulanır.

Bu rəqəmlər qlobal havanın çirklənməsi, rekord karbon dioksid (CO2) emissiyası və xərçəng xəstəliklərində partlayış deməkdir. Mütəxəssislər, dünyada hər il təxminən iki milyon insana ağciyər xərçəngi diaqnozu qoyulduğuna, təxminən 1,8 milyon insanın bu ölümcül xəstəlikdən öldüyünə və havanın çirklənməsinin ən böyük ölüm səbəblərindən biri olduğuna diqqət çəkir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir