Cəmiyyət

Gədəbəydə minik avtomobili aşıb: Ölənlər və xəsarət alan var

Sharing is caring!


Gədəbəydə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Orxan Allahverdiyevin idarə etdiyi “Nissan” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər – Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülməmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir