Dünya manset

Bağdadinin bacısı tutuldu – FOTO

Sharing is caring!

İŞİD terror təşkilatının sabiq lideri Əbubəkr əl-Bağdadinin özündən böyük bacısı Rəsmiyə Avad Suriyanın Azez şəhərində tapılıb.

XəbərAl.az xəbər verir ki, Türkiyə kəşfiyyatının bu uğuru dünya mediasında geniş yer tapıb.

65 yaşlı Rəsmiyə Avad bir konteynerdə qayınanası və 5 övladı ilə birlikdə yaxalanıb. O, dövlət protokoluna uyğun şəkildə dindirilib.

Qeyd edək ki, Əbubəkr əl-Bağdadi məxfiliyə böyük əhəmiyyət verən liderlərdən olub. Onun haqqında olduqca az rəsmi məlumat var.

Xatırladaq ki, Bağdadi 28 oktyabrda İdlibdə ABŞ qüvvələri tərəfindən məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir