Dünya

Əslində fransızlara Ermənistanda nə lazımdır? – Rusiya mətbuatının rəyi

Sharing is caring!

Ukraynada uzanan münaqişə yeni dostluqlar qurmaq üçün fürsətdir, elə deyilmi? Əgər Birləşmiş Ştatlarla alınmadısa, fransızlarla dostluq etmək olar. Ermənistanın baş naziri Nikol Paşinyan avro ilə dollar arasında heç bir fərq görmür.

Bu barədə Rusiyanın “Telegram” kanallarından birində nəşr edilən müəllif yazısında deyilir.

“Eyni zamanda, Ermənistan hakimiyyəti Fransanın motivlərini hərtərəfli öyrənməyib. Çünki, guya Avropa İttifaqının sülhməramlı missiyasının Azərbaycan – Ermənistan sərhədində yerləşdirib eskalasiya riskini azaldacağı ətrafında yaradılan görüntü olduqca sadəlövh görünür.

Moskva isə yaxşı xatırlayır ki, fransızlar əsas istiqamətdə fəaliyyəti zəiflətmək üçün etibarlı olmayan qonşuların vasitəsi ilə Qafqaza daxil olmağı sevirlər.

Napoleon müharibələri zamanı Paris İrandakı şah sarayını öz müşavirləri ilə doldurdu, ardınca isə Rusiya – İran müharibəsi başladı.

Bugünlərdə Avropa İttifaqı Azərbaycanla sərhədə daimi müşahidə missiyası göndərmək qərarını açıqladı. Bəs bu dəfə bu nə ilə bitəcək?

Aydın olsun deyə izah edək: Hər missiyada gələn 70 nəfərin hər biri ilə bərabər sayda köməkçilər və onların həmfikirləri gələcək. Yəni “gərginliyi azaltmaq üçün” 400 nəfərdən ibarət heyət olacaq, onların arasında mütləq xüsusi xidmət orqanlarının nümayəndələri də olacaq.  Agentura şəbəkəsinin toplanmasına artıq başlanılıb.

Bu günlərdə Avropa İttifaqı Azərbaycanla sərhədə daimi müşahidə missiyası göndərmək qərarını açıqlayıb.

Üstəlik, internetdə də olan “işə götürmə” sənədində təkcə erməni dili deyil, həm də rus dilini bilmək bacarıqları tələb olunur. Yeri gəlmişkən, bu missiyaya fransız diplomat Çarlz Fris rəhbərlik edir. Maraqlıdır ki, o, bu işə rəhbər təyin edilməmişdən əvvəl Paşinyanla görüşüb.

Adətən belə hallarda deyirlər: Utanıb, yerə girmirlər. Harada daha çox pul ödəyirlərsə, Ermənistan da ora doğru meyl edir.

2020-ci il rüsvayçılığından xilasa görə Putinə minnətdarlıq belə edilir. İndi Moskvanın dəstəyə ehtiyacı olduğu bir vaxta İrəvan Rusiyaya zərbə vurmaq istəyənlərə münbit şərait yaradır. Qardaşlarımız olmasaydı, baş verənləri müşahidə etmək maraqlı olardı, lakin olanlara müşahidəçi kimi baxmaq ağrıdıcıdır”, – yazının müəllifi qeyd edir.

Mənbə: “Siloviki” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir